Masallıda 8-ci sinif şagirdi itkin düşdü
Dərc olunub:
23-09-2025, 10:42
Ötən gecə Masallıda yeniyetmə itkin düşüb.
Avrasiya.net xəbər verir ki, Masallı şəhər sakini K.Tağıyeva ərizə ilə polisə müraciət edərək 2011-ci il təvəllüdlü oğlu Ümid Tağıyevin itkin düşdüyünü bildirib.
O qeyd edib ki, övladı orta məktəbin 8-ci sinif şagirdidir və sentyabrın 22-si, saat 23 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.
Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
