star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya
Burada Sizin reklam ola bilər!

“Hər zaman gənclərimizlə qürur duyuruq”

“Hər zaman gənclərimizlə qürur duyuruq”Xalqın, millətin mövcud olması üçün onun sağlam gəncliyi olmalıdır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

Bu gün müstəqil Azərbaycan Respublikasının gənclərlə bağlı siyasətinin əsas istiqaməti müasir qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanaraq, beynəlxalq təcrübəni nəzərə alaraq gəncləri ölkədə gedən proseslərin həm iştirakçısı, həm də bəhrələnən sosial qrup kimi qəbul etməyə yönəldilmişdir. Bu gün həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetməsində rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmişdir.

Müasir dövrümüzdə ölkənin inkişaf etdirilməsi siyasətində gənclərlə bağlı iş, gənclərə xüsusi qayğı və diqqət, onların dövlət idarəetməsinə cəlb edilməsi, gənclərə məsul vəzifələrin həvalə edilməsi, gənclərin təhsilinə ciddi diqqət yetirilməsi mühüm məsələlərdən biri, bəlkə də birincisidir. Bu, müstəqil dövlətimizin banisi, ümummilli liderimiz H. Əliyevin apardığı uzaqgörən və müdrik siyasətin, tutduğu yolun davamıdır.

Məhz H.Əliyev Respublikamıza rəhbərlik etdiyi illərdə dövlət və cəmiyyətin sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında gənclərin iştirakının vacib məsələ olduğunu diqqət mərkəzinə çəkmiş, dövlət və cəmiyyət üçün sağlam və müasir düşüncəli, milli-mənəvi dəyərlərə söykənən yüksək intellektli yeni nəslin yetişdirilməsini ən önəmli vəzifə kimi görmüş və öz siyasi varislərinə də bunu həvalə etmişdir. Məhz H.Əliyevin hakimiyyəti illərində gənclərlə iş sahəsində qanunvericilik bazası yaradılmış, gənclərin təhsilinə, inkişafına xüsusi dövlət qayğısı normativ aktlarla tənzimlənmişdir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək, onların dövlətin idarə olunmasına cəlb edilməsi üçün, sosial tələblərinin ödənilməsi, dünya standartlarına uyğun təhsil almaları üçün dövlət ardıcıl siyasət yürütməyə başlamışdır.

1994-cü ildə Ümummilli Liderimizin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsi, 1997-ci ildən etibarən 2 fevral tarixinin "Azərbaycan gəncləri günü" elan edilməsi, 1999-cu ildə Ulu Öndərin "Dövlət Gənclər Siyasəti"nin həyata keçirilməsi ilə bağlı Fərmanı, 1999-cu ildə "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi" Proqramı gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlar kimi qiymətləndirilməlidir. 2001-ci il sentyabrın 3-də Ümummilli Lider Heydər Əliyev elmə verdiyi yüksək qiyməti və gənclərə göstərdiyi qayğını bir daha əməllərində sübut edərək "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Fərman imzalamışdır. Bu Fərmanın ali məktəblərdə təhsil alan gənclərə öz elmi fəaliyyətlərində daha böyük uğurlar əldə etmək üçün böyük bir stimul və maddi dəstək olmuşdur

 2 fevral 1998-ci ildə Heydər Əliyev gənclərə müraciətlə demişdi: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır.

Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin əlverişli şəraitdə yaşaması, təhsil alması, yaxşı əmək fəaliyyəti ilə məşğul olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik." Ulu öndərin müdrik uzaqgörənliklə söylədiyi sözlər bu günümüz üçün bir şüara çevrilmişdir və tam əminliklə söyləyə bilərik ki, onun bünövrəsini qoyduğu iş bu gün də inkişaf və davam etdirilməkdədir. Bu, H.Əliyevin gənclər üçün saldığı əbədi bir yoldur. Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplərin Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil etdiyinin hər zaman şahidiyik.

Dövlət idarəçiliyi sistemində gənclərin iştirakını təmin etmək, onların potensialından düzgün istifadə etmək məqsədilə Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi.

"2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" qəbul olundu. 2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı təsdiq edildi.

Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri bu gün çox fəaldır. Azərbaycan gəncləri onlara göstərilən etimadı, bu etimaddan irəli gələn məsuliyyəti başa düşür və öz dövləti və lideri ətrafında sıx birləşməsi ilə hər addımda bu etimadı doğruldur. Bugün xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Hər zaman gənclərimizlə qürur duyuruq.

Ülviyyə Ağayeva
Milli Məclisin deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər