Burada Sizin reklam ola bilər!

ƏHD Partiyası bələdiyyə seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb

ƏHD Partiyası bələdiyyə seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb28 namizədlə seçkilərə qatılan Ədalət, Hüquq, Demokratiya (ƏHD ) partiyası bəyan edir ki, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 23 -nün qatıldığı bələdiyyə seçkilərində 16092 namizəd 685 bələdiyyə üzrə 8071 yer uğrunda mübarizə aparmışdır.

ƏHD Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, seçkilər MSK tərəfindən qanunvericiliyə uyğun olaraq təşkil olunmuş və keçirilmişdir.Seçkilərə qatılmaq istəyən hər kəsə qanunvericiliyə uyğun olaraq bərabər imkanlar yaradılmışdır.Təsssüf ki,hakim partiyadan başqa digər heç bir partiya pulsuz efir vaxtı əldə etmək hüququ qazanmamış, YAP isə könüllü olaraq bu hüququndan imtina etmişdir.

Namizədlərimiz seçki prosesinə hər hansı qanunsuz müdaxilə faktı ilə üzləşməmişlər.Səsvermə günü seçki məntəqələrində olan müşahidəçilərimizin verdiyi məlumatlara görə onlar səsvermənin nəticələrinə təsir edə biləcək qanun pozuntuları ilə rastlaşmamışlar. Seçki dairələri üzrə seçki məntəqələrində təşkil olunmuş ekzitpolların nəticələri seçkinin ilkin nəticələrinə uyğun olmuşdur.

ƏHD partiyası seçkilərdə qalib gəlmiş Yeni Azərbaycan partiyasını qələbə münasibətilə təbrik edir, hakim partiyanı əldə olunmuş uğurları qoruyub saxlamaq , sürətli inkişafa mane olan amilləri aradan qaldırmaq üçün bələdiyyələrin statusunu artırmağa , dövlət idarəçiliyində ifrat mərkəzləşmədən imtinaya , keçmişimizi qaragüruhdan, xarici və daxili düşmənlərdən qoruyacaq, gələcəyimizi işıqlı edəcək sistemdaxili siyasi rəqabətə, davalı sabitliyə və inkişafa yol açacaq güclü çoxpartiyalı siyasi sistemin yaradılması istiqamətində ciddi islahatlar aparmağa çağırır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər