star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya
Burada Sizin reklam ola bilər!

AQC-də yeni təyinatlar olub

AQC-də yeni təyinatlar olubAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib. Toplantıda Cəmiyyətin cari il üçün büdcəsi və fəaliyyət proqramı müəyyən edilib. Eyni zamanda, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni strukturları təsis edilib və vəzifələrinə yeni təyinatlar təsdiqlənib.

Fərid Rüstəmov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin 1-ci müavini vəzifəsinə, Nail Həşimov AQC sədrinin müavini vəzifəsinə təyin edilib. Rüfət Əliyev Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İcra Aparatının rəhbəri vəzifəsinə, Xətai Teymurov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İcra Aparatının rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin sərəncamı ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin maliyyə məsələləri üzrə sədr müavini vəzifəsi ləğv edilib. Başqa sərəncamla Maliyyə Departamenti, Strateji İnkişaf departamenti, eləcə də Bank və Sığorta Qiymətləndirməsi departamentləri yaradılıb. Strateji İnkişaf departamentinin rəhbəri vəzifəsinə Asif Yusubov, Bank və Sığorta Qiymətləndirməsi departamentinin rəhbəri vəzifəsinə Orxan Həsənov, Maliyyə Departamenti rəhbəri vəzifəsinə Namiq Məmmədov, Tədris, təhsil və sertifikatlaşdırma Departamentinin rəhbəri vəzifəsinə Nəzakət Musayeva təsdiq edilib.

Toplantıda Cəmiyyətin 2024-cü ildəki fəaliyyəti bir daha nəzərdən keçirilərək müsbət qiymətləndirilib. Beynəlxalq əlaqələrin inkişafı, təlim-tədris və sertifikatlaşma məsələləri istiqamətində atılan addımlarla bağlı müzakirələr aparılıb.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər