star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya
Burada Sizin reklam ola bilər!

Qüdrət Həsənquliyev şəxsiyyəti

Qüdrət Həsənquliyev şəxsiyyətiYanvarın 29-da Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin 60 yaşı tamam olur.

Çox az insan tapılar ki, onun xarakterində dürüstlük, cəsarət, haqqın yanında olmaq, əxlaq, yüksək mədəniyyət, humanizm və digər müsbət keyfiyyətlərin vəhdəti əks olunsun. Qüdrət bəy məhz yuxarıda qeyd olunan xarakterə sahib insanlardandır. Onun xarakteri və pozitiv düşüncələri Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında mühüm rol oynayır.
O, daim ölkədə siyasi düşüncənin sağlamlaşması, siyasi mədəniyyətin formalaşmasının tərəfdarı olub və fəaliyyətinin bütün dönəmlərində bunu praktiki olaraq sübut edib.

Əlbəttə, ölkə həyatında siyasi mədəniyyət vacib faktorlardandır və hər hansı kənar təhdidlər zamanı milli maraqların önə keçməsinə zəmin yaradır. Üzərinə düşən tarixi məsuliyyəti dərindən dərk edən hər bir siyasi liderin kritik anlarda dövlətçilik naminə birləşdirici faktora çevrilməsi ümummilli maraqlar baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Qüdrət Həsənquliyevin siyasi xətti Azərbaycan xalqının və dövlətinin maraqlarının prioritet olmasını şərtləndirir.
Qüdrət Həsənquliyev sözün həqiqi mənasında dövlət adamıdır. Onun strateji baxışları, analitik düşüncəsi və bunu tamamlayan idarəçilik qabiliyyəti ona siyasi karyerasında uğur qazandıran başlıca amillərdəndir.
Qüdrət bəy hələ tələbəlik illərində Milli Azadlıq Hərəkatına qoşularaq, ömrünün gənclik dönəmində olduqca gərgin siyasi proseslərin içərisində yer alıb. Onun hərəkat dönəmində fəal gənc kimi proseslərin içərisində olması sonrakı dönəmlərdə siyasi karyerasında önəmli rol oynayıb.

Qüdrət Həsənquliyev istər Milli Azadlıq Hərəkatı dönəmində, istərsə də ondan sonrakı dövrlərdə Azərbaycan siyasi səhnəsində xüsusi fəaliyyəti ilə yadda qalıb.

O, 2004-cü il aprelin 3-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını (BAXCP) quraraq, ətrafında təcrübəli siyasətçilərdən ibarət komanda formalaşdırıb.
Partiya sədri kimi qısa zaman kəsiyində uğur qazanması onun liderlik keyfiyyətlərinin təzahürüdür.
Partiyanın inkişafı, aparatının formalaşması və bu gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Azərbaycan siyasi partiyaları arasında özünəməxsus və ləyaqətli yer tutması məhz Qüdrət bəyin liderlik keyfiyyətlərinin, gərgin əməyinin, prinsipiallığının nəticəsidir.

Allah siyasi lider üçün zəruri olan bütün keyfiyyətləri Qüdrət bəyə qismət edib.

Cəsarət, intellekt, xarizma, qətiyyət, təmkin və yüksək mədəniyyətin vəhdəti Qüdrət Həsənquliyev şəxsiyyətini formalaşdırır. Məhz bu keyfiyyətləri Qüdrət Həsənquliyevin həmkarları ilə yanaşı sadə insanlar arasında da rəğbət qazanmasına, sevilməsinə səbəb olur.

Bu gün Qüdrət Həsənquliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısında kifayət qədər xidmətləri var və bu amil onun ölkənin siyasi səhnəsində öz sözünü demiş və özünü təsdiq etmiş siyasətçi olaraq önə çıxarır.
Qüdrət Həsənquliyev millət vəkili kimi də parlamentin işində aktiv fəaliyyət göstərir. Ən fəal və təşəbbüskar parlamentarilərdən olaraq, onun istər parlamentin müxtəlif istiqamətlərdə fəaliyyəti, istərsə də qanunvericiliyin inkişafındakı rolu hər kəsə bəllidir. Onun peşəkar hüquqşünas olaraq qanunlarda dəyişikliklərin edilməsi və ya boşluqların aradan qaldırılması ilə əlaqədar verdiyi təkliflər qanunvericiliyin inkişafında önəm daşıyır.

Milli məsələlərdə partiya maraqlarını daim kənara qoymağı bacarması, Azərbaycan dövlətinə kənar hücumların aradan qaldırılması ilə bağlı fikirləri və ortaya qoyduğu cəsarətli mövqe dövlətçilik üçün mühüm əhəmiyyətə malikdir.

Bütün bunlarla yanaşı O, həm də sədaqətli dost və nümunəvi ailə başçısıdır.

ƏHD Partiyasının İdarə Heyətinin üzvləri olaraq, liderimiz Qüdrət bəyi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və siyasi karyerasında uğurlarının davamlı olmasını arzulayırıq!

ƏHD Partiyası İdarə Heyəti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər