"Ajiotaj yaratmağa ehtiyac yoxdur" - Şahin Bağırovdan maaş AÇIQLAMASI
Dərc olunub:
28-01-2025, 14:17
Son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb.
Avrasiya.net-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları 3 aydır maaşlarını ala bilmədiklərini açıqlayıblar.
Məsələ ilə bağlı Komitəsinin sədri Şahin Bağırov açıqlama verib. O, "gununsesi.info"ya açıqlamasında bu barədə suala aydınlıq gətirib.
“Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, - Şahin Bağırov deyib.