star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Azərbaycanda məscidə silahla gedən şəxs həbs edildi

Azərbaycanda məscidə silahla gedən şəxs həbs edildiXaçmaz rayonunda məsciddə xuliqanlıq əməli törətmiş şəxs həbs edilib.

Avrasiya.net Teleqraf.com-a istinadla xəbər verir ki, Xaçmaz şəhər sakini 1994-cü il təvəllüdlü F.Vəliyevin (şərti soyadlı) barəsindəki cinayət işi üzrə hökm oxunub.

Rayon məhkəməsi onu Cinayət Məcəlləsinin 221.3-cü, yəni silah tətbiq etməklə xuliqanlıq etmə maddəsi ilə təqsirli bilib. İstintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olmaqla azadlıqda olan şəxsə 2 il yarım həbs cəzası təyin edilib. O, məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, hadisə Xaçmazın Qobuqırağı kəndində baş verib. Xaçmaz şəhər sakini olan F.Vəliyev hadisə vaxtı evində olan ov tüfəngini “Hunday İ30” markalı avtomobilinə qoyaraq həmin kəndin məscidinə gedib. O, məscidə daxil olaraq oradakı şəxsləri və imamı hədləyib, səs-küy salaraq təhqiramiz ifadələr işlədib. Lakin hadisə vaxtı F.Vəliyev atəş açmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər