star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

CASCFEN-in 2 illik fəaliyyət planı hazırlanacaq

CASCFEN-in 2 illik fəaliyyət planı hazırlanacaqYanvarın 25-də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) rəhbər heyətinin (İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası və Müşavirlik) ilin ilk genişləndirilmiş birgə iclası keçirilib.

Təşkilatın Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, iclasda öncə sədr Nadir Azəri tərəfindən ötən müddət ərzində görülən işlərin ümumi qısa hesabatı təqdim edilib. Daha sonra qarşıda duran vəzifələr, görülməli olan işlər və mümkün əməkdaşlıqlar barədə fikir mübadiləsi aparılıb.

Çıxış edənlər - sədr müavinləri Fikrət Əliyev və Nüşabə Hüseynli, İdarə Heyətinin üzvü Əkbər Qoşalı, həmçinin Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əskərova, komissiyanın üzvləri Elman Cəfərli və Anar Miriyev, sədrin müşaviri Aygün Kazımova fikir və təkliflərini səsləndiriblər.
Müzakirələr nəticəsində CASCFEN-in 2 ili əhatə edəcək fəaliyyət planının hazırlanması barədə razılığa gəlinib.

Bundan başqa, “Ramiz Əskər –Türk dünyasına xidmət ödülü”nün Novruz bayramı ərəfəsində ilk qaliblərinin elan və təltif edilməsi barədə razılıq əldə edilib. Bununla bağlı Münsiflər Heyəti formalaşdırılıb.

İclasda yaxın aylarda CASCFEN-in QHT və media sektorunda özünü təsdiqləməkdə iddialı olan gənc liderlərin inkişafına dəstək məqsədilə bir təlim mərkəzinin yaradılması üçün addımların atılması, bununla bağlı Elman Cəfərlinin rəhbərliyi ilə fəaliyyət planının hazırlanması qərara alınıb, o cümlədən təşkilat üçün vacib digər qərarlar da qəbul edilib.

Mətbuat xidmətinin məlumatına əsasən, iclasda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan CASCFEN-in “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihəsinin reallaşmasında göstərdiyi dəstəyə görə sədr müavini Fikrət Əliyevə və İdarə Heyətinin üzvü Əkbər Qoşalıya Təşəkkürnamə, həmçinin rəhbər heyətə üzvlük vəsiqələri təqdim edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər