Burada Sizin reklam ola bilər!

20 Yanvar faciəsi - Zəfərə gedən yolun başlanğıcı

20 Yanvar faciəsi - Zəfərə gedən yolun başlanğıcıAzərbaycan tarixində mühüm və həyəcanverici dövrləri əhatə edən 20 Yanvar hadisələri milli azadlıq və müstəqillik uğrunda mübarizənin simvolu hesab olunur. Ona görə ki, Azərbaycan xalqının tarixi yaddaşında dərin iz buraxan və onun milli şüurunun formalaşmasında mühüm rol oynayan hadisələrdir. Bu dövr, xalqın azadlıq və müstəqillik uğrunda göstərdiyi qəhrəmanlığın bariz nümunəsidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya daxil olaraq dinc əhaliyə qarşı qətliam törətdi. Bu hadisə Azərbaycanın müstəqillik mübarizəsində dönüş nöqtəsi oldu.

Azərbaycan xalqı Sovet İttifaqından müstəqillik və azadlıq tələbləri ilə çıxış edirdi. Fürsətçi ermənilərin torpaq iddiaları və Sovet rəhbərliyinin bu məsələdə tərəfli mövqeyi Azərbaycan xalqını daha da qəzəbləndirmişdi.
Sovet rəhbərliyi milli hərəkatı yatırmaq üçün Bakıya qoşun yeritdi. Nəticədə yüzlərlə vətəndaşlarımız həlak oldu, yaralandı və itkin düşdü. Bu faciə Azərbaycan xalqının azadlıq istəyini boğa bilmədi əksinə, millətin müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdi.

20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının milli azadlıq mübarizəsi daha da sürətlənərək Sovet İttifaqının süqutu ilə bağlı ilkin proseslər və daxili ictimai-siyasi vəziyyət Azərbaycanın müstəqilliyinə zəmin yaratdı. Və 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi.

1990-cı illərin əvvəllərində Sovet rəhbərliyinin bu məsələdə Ermənistana tərəf nümayiş etdirməsi müharibədə Azərbaycanın ərazi bütövlüyü üçün ciddi təhdid idi. 1994-cü ildə atəşkəs razılaşması əldə olunsa da, münaqişə 30 ilə yaxın həll olunmamış qaldı.

27 sentyabr 2020-ci ildə başlayan 44 Günlük Vətən Müharibəsi (İkinci Qarabağ müharibəsi) Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatla Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bununla da 44 günlük şanlı zəfər tariximiz xalqın illərlə davam edən mübarizəsinin və milli birliyinin nəticəsi idi.

Azərbaycan bu gün də müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün mübarizəni davam etdirir. 20 Yanvar faciəsi və zəfərə gedən yol Azərbaycan xalqının yaddaşında əbədi olaraq milli kimliyinin və müstəqillik arzusunun simvolu kimi yaşayacaq.


Bəhruz Məmmədzadə
Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər