Maşın eşşək arabası ilə toqquşdu: ölən var
Dərc olunub:
18-01-2025, 10:37
Samuxda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
Hadisə rayonun Kür yolu adlanan ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik maşını eşşək arabasını vurub. Nəticədə arabada olan bir nəfər ağır xəsarət alıb.
Xəsarət alan şəxs xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.