Burada Sizin reklam ola bilər!

UNEC-də Flora Davudqızının 80 illiyinə həsr edilən tədbir keçirilib

UNEC-də Flora Davudqızının 80 illiyinə həsr edilən tədbir keçirilibYanvar ayının 17-də UNEC-də tanınmış alim və ziyalı Flora Davudqızının anadan olmasının 80 illiyinə həsr edilən anım tədbiri keçirilib.

UNEC-in 95 illik yubileyi çərçivəsində təşkil olunmuş tədbirin məqsədi Flora Davudqızının UNEC-də çalışdığı dövr ərzində Azərbaycan elminə və təhsilinə verdiyi töhfələri anmaq, onun elmi fəaliyyətini və tədris sahəsindəki nailiyyətlərini geniş ictimaiyyətə təqdim etməkdən ibarət olub.

Tədbiri Xarici Dillər Departamentinin direktoru, dosent Aysel Xəlilova açaraq, Flora xanımın UNEC-də uzun illər ərzində gördüyü işlər, elmi nailiyyətləri və yaradıcılığı haqqında geniş məlumat verib. Bidirib ki, F.Davudqızı 1966-cı ildən UNEC-də “Xarici dillər” kafedrasında müəllim, 1988-2000-ci illərdə kafedranın müdiri vəzifələrində çalışaraq, bu müddət ərzində universitetin tədris və elmi fəaliyyətində önəmli rol oynamışdır. O, 2008-ci ildə “Kitabi-Dədə Qorqud” dastanlarının alman dilinə tərcüməsi və tədqiqi” adlı doktorluq dissertasiyasını müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

A.Xəlilova Flora Davudqızının Azərbaycanın folklorşünaslıq tarixindəki xidmətlərindən də söz açıb. Qeyd edib ki, Flora xanım Berlin Kral Kitabxanasının "Dits fondu"nda “Kitabi-Dədə Qorqud” dastanının elmə məlum olmayan əlyazmasını aşkar edərək, bu sahədə dəyərli tədqiqatlar aparmışdır. Alim 100-dən çox elmi-metodiki məqalənin, 10 monoqrafiya, kitab və dərs vəsaitinin müəllifi olmuşdur. Onun ““Kitabi-Dədə Qorqud” dastanının alman dilinə tərcümə sənətkarlığı” adlı monoqrafiyası Azərbaycan-Avropa Ədəbi-Mədəni Əlaqələr Mərkəzinin diplomuna layiq görülmüşdür.

Sonra dosent Aygün Vəkilova, filologiya üzrə fəlsəfə doktoru Sevinc Bağırova və Rəfayət Cəfərova çıxış edərək, Flora Davudqızının elmi və təhsil, xüsusilə folklorşünaslıq sahəsindəki misilsiz xidmətlərindən söz açıblar.

Tədbirdə Flora Davudqızının nəvələri Fatimə Cəfərova və Leyla Kişiyeva, həmçinin UNEC Tərcümə Mərkəzinin direktoru Nəcəf Nəbiyev dəyərli alim haqqında xatirələrini bölüşərək, onun yüksək insani keyfiyyətlərindən və elmə olan sevgisindən danışıblar.

Yubiley tədbirində Flora Davudqızının həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər