Burada Sizin reklam ola bilər!

Evlənmək məqsədi ilə qaçırılan şagird evinə qaytarıldı

Evlənmək məqsədi ilə qaçırılan şagird evinə qaytarıldıGoranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb.

Bu barədə Avrasiya.net-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy polis şöbəsinin nümayəndələri hər iki ailənin yaşadığı ünvana yollanıblar. Oğlan və qız polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliklə bağlı məlumat verilib.

Qeyd edilib ki, qızın nikah yaşına çatmadığı üçün ailəsinə verildiyi barədə istintaq bölməsindən məlumat verilib, hazırda araşdırma aparılır.

****

Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb.

Avrasiya.net APA-ya istinadən məlumat verir ki, hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb. Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Diləfruz Məmmədova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Faktla bağlı Goranboy rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və rayon Polis Şöbəsində araşdırma başlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər