Tələbə sevdiyi qıza görə sirkə turşusu içdi
Dərc olunub:
16-01-2025, 10:07
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü T.Məhərrəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.
T.Məhərrəmovun Azərbaycan Dövlər Aqrar Universitetinin tələbəsi olduğu qeyd edilib. Onun sevdiyi qıza görə sirkə turşusu içdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
