Burada Sizin reklam ola bilər!

Xaricdə təhsil almış daha 69 nəfərin diplomu tanınmadı

Xaricdə təhsil almış daha 69 nəfərin diplomu tanınmadıKeçən ilin dekabr ayında xaricdə təhsil alanların diplomlarının tanınması üzrə 325 müraciətçinin 256-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 69 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Avrasiya.net-ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 58, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, "Açıköğretim" təhsil forması səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi və dövlət nümunəli olmayan diplom blankı səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 1, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 117, Ukraynadan 84, Rusiyadan 80, Birləşmiş Krallıqdan 9, Gürcüstandan 7, Macarıstandan 7, Amerika Birləşmiş Ştatlarından 6, Litvadan 2, Pakistandan 2, Polşadan 2, Avstraliyadan 1, Çexiyadan 1, Çindən 1, İsraildən 1, İtaliyadan 1, Latviyadan 1, Moldovadan 1, Qazaxıstandan 1, Səudiyyə Ərəbistan Krallığından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 38, maliyyə üzrə 33, biznesin idarə edilməsi üzrə 30, menecment üzrə 14, beynəlxalq münasibətlər üzrə 13, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi üzrə 13, turizm işinin təşkili üzrə 13 müraciət qeydə alınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər