Sizin Reklam Burada

Türkiyədə Flora Kərimovanın estetik işi ilə bağlı istintaq başladı

Türkiyədə Flora Kərimovanın estetik işi ilə bağlı istintaq başladıTürkiyənin Baş Prokurorluğu Azərbaycanın Xalq artisti Flora Kərimova və plastik cərrah Sevinc Heydərova arasındakı mübasiə ilə bağlı istintaq başladıb.

Bu barədə Modern.az-a Xalq artistinin vəkili Elcan Həsənli məlumat verib.

Onun sözlərinə görə, Sevinc Heydərovanın plastik cərrahiyyə ixtisasının əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən sənədlər təqdim edilmişdi:

“Sənədlər əsasında müəyyən olunmuşdu ki, Sevinc Heydərova İstanbul Bağcılar Eğitim və Araşdırma xəstəxanasında 2018-ci ildə 6 ay və 2019-cu ildə 3 ay olmaqla ümumilikdə 9 ay praktikada olub. Qeyd edilib ki, o bu dövrdə əməliyyatlar edib, praktiki tibbi bacarıqlara yiyələnib. Ondan sonra biz həmin xəstəxanaya sorğu göndərdik. Sorğumuza cavab olaraq bildirildi ki, orada belə bir insan ümumiyyətlə olmayıb. Həmin sənədlər Mehmet Bozkurtun imzası ilə verilmişdi. O isə səsyazılarında Sevinc Heydərovaya belə bir sənəd vermədiyini bildirib. M.Bozkurt Sevinc Heydərovanın sadəcə qısamüddətli kurslarda iştirak etdiyini və ona qeyd edilən sənədlərin verilmədiyini bildirib”.

Vəkil bildirib ki, Səhiyyə Nazirliyi sertifikatı həmin sənədlər əsasında verdiyini qeyd etdiyi üçün onlar Türkiyə Cümhuriyyəti Prokurorluğuna təqdim edilib:

“Biz sənədləri təqdim etdik ki, sənədlərin saxta olub-olmadığı, elədirsə kim tərəfindən və necə hazırlanması aydınlaşsın. Bu məsələlərlə bağlı Türkiyənin Bakırköy Prokurorluğu tərəfindən istintaq aparılır. Həmin prosesə qoşulan şəxslər araşdırılacaq və inanırıq ki, günahkarlar cinayət məsuliyyətinə cəlb ediləcək. Bu faktlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna da müraciət etmişik. Hazırda Bakı şəhər Prokurorluğunda da istintaq aparılır. Bizim hüquqi mübarizəmiz Sevinc Heydərova tərəfindən Səhiyyə Nazirliyinə təqdim olunmuş sənədlərin həqiqiliyinin müəyyən edilməsi, əgər saxta sənəddirsə, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsidir”.

Qeyd edək ki, Sevinc Heydərova 2021-ci ildə Flora Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq Xalq artisti bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. Xalq artisti bundan sonra həkimi məhkəməyə verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər