Layiqli namizədə səs verək
Əliyeva Vəfa Kamil qızı 31 yanvar 1982-ci il Bakı şəhərində anadan olub. 1999-cu ildə Nadir Əliyev adına 282 saylı tam orta məktəbi bitirib, həmin ildə Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub. Universiteti bitirdikdən sonra Suraxanı rayonu Tərbiyə iş mərkəzində dərnək rəhbəri vəzifəsində işləyib. 2023-cü ildə Vətəndaş Cəmiyyət Naminə Maarifləndirmə İctimai birliyin ümumi yığıncağında sədr müavini seçilib. İctimai fəal “Kainat enerjisi” və “Beyin mərkəz”nin üzvü kimi uzun illərdir qayğıya ehtiyacı olan uşaqlarla fərdi məşğələlər keçirir.
Ölkəmizdə 29 yanvar 2025-ci ildə keçiriləcək Bələdiyyə seçkilərində namizədliyini vermiş hər birinizə uğurlar diləyirik
Qaraçuxur Bələdiyyəsinin üzvlüyünə namizəd Vəfa xanım Əliyeva vətənini, torpağını və onun gələcəyini qəlbən sevən, əməli işləri ilə illərdir təsdiq edən gələcəyimiz olan uşaqların təlim-tərbiyəsi və vətəndaş kimi formalaşdırılmasında əməyi olan biridir.
Vəfa xanıma səs verək!