Arzu Nağıyev vətəndaş qəbulu keçirib
Dərc olunub:
Dünən, 17:09
105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 11 yanvar tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirildi.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, yolların təmiri və digər məsələlərlə bağlı oldu.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.
Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.