76 yaşlı kişi beşinci mərtəbədən yıxılaraq öldü
Dərc olunub:
8-01-2025, 10:30
Sumqayıtda 76 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.
Hadisə şəhərin altıncı mikrorayonunda qeydə alınıb.
Belə ki, 1949-cu il təvəllüdlü Zamiddin Həbibulla oğlu Həbibov yaşadığı doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.