Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb

Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb“Olimpus Şirkətlər Qrupu"nun rəhbəri Əbülfəz Babayevə qarşı 2 milyon manatdan çox dələduzluq etməkdə ittiham olunan şəxslərdən biri, Ramal Əzimovun ölüb.

Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

Bu səbəbdən təqsirləndirilən şəxs barəsindəki cinayət işi digərlərindən ayrılıb.

İttihama əsasən, Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynova Əbülfəz Babayevin 2 milyon 550 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər.

Ə.Abbasov ARB telekanalının binasını atasının əmlakı kimi təqdim edərək Əbülfəz Babayevə satmağı söz verib və ondan 100 min manat beh alıb.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Əmirastan oğlu Babayev "Olimpus Şirkətlər Qrupu"nun təsisçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəsinin sahibidir. Eyni zamanda bir çox tikinti layihələrində təsisçi kimi payı var. İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər