star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi…

Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi…Azərbaycanda çoxsaylı qətllərə görə barəsində ölüm hökmü verilən, sonradan ömürlük cəzaya məhkum edilən və 25 ildir cəza çəkən kriminal avtoritet Mübariz Niyazovun (“Gəncəli Mübariz”) oğlu Ramin Niyazovun ermənilərlə şərikli biznesi olduğu iddia edilir.

Axar.az xəbər verir ki, bununla bağlı internet üzərindən apardığı apaşdırma zamanı bəzi maraqlı nüanslar ortaya çıxıb.

Belə ki, Rusiya Federasiyasının dövlət qurumlarının elektron sistemə yerləşdirdikləri ictimaiyyətə açıq məlumat bazasında yer alan məlumata görə, Ramin Niyazov bir neçə il öncə Markosyan Süzanna Albertovna ilə “Astra” MMC şirkətini təsis edib.

Onların hər biri şirkətdə 50 faiz paya malikdir.

Şirkətin direktoru isə Markosyan Mila Vanovnadır. O, təsisçilərin razılığı ilə 2 iyun 2023-cü ildən “Astra” MMC-yə rəhbərlik edir.

Mila Markosyan Ermənistan vətəndaşıdır.

Bundan başqa, Ramin Niyazovun digər ermənilər - Andreasyan Ripsime Qarnikovna, Markosyan Van Otarovic, Osipova Era Aşotovna ilə birgə əməkdaşlığının olduğu, hazırda bu işbirliyinin davam etdiyi də iddia edilir.

Onu da qeyd edək ki, rəsmi məlumatlara görə “Astra” MMC 30 iyun 2021-ci ildə qeydiyyata alınıb. “Astra” MMC-nin hüquqi ünvanı kimi Moskva vilayəti, Balaşixa şəhəri, Sitnikov küçəsi, ev 8, mənzul 256 göstərilir.

“Astra” MMC qida məhsullarının pərakəndə satışı ilə məşğuldur. Onun fəaliyyət sahəsində əsas yeri ixtisaslaşmamış mağazalarda tütün məmulatları və içkilərin satışı tutur. Amma şirkətin meyvə və tərəvəz, balıq, ət və ət məhsulları, çörək və un məmulatları, şirniyyatların satışı ilə də məşğul olduğu da qeyd olunur.

Məsələ ilə bağlı R.Niyazovla əlaqə yaratmaq mümkün olmayıb. Onun Bakıdakı vəkili A.Məmmədov isə bu məsələyə münasibət bildirmək istəmədiyini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər