star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Susmaq heç də həmişə yaxşı əlamət deyil - İbrahim Cəfərov

Susmaq heç də həmişə yaxşı əlamət deyil - İbrahim CəfərovMən siyasətçi deyiləm, amma mən Azərbaycan deyilən bir ölkənin vətəndaşıyam, əgər mənim ölkəmə qarşı hansı isə təhdidlər varsa onun qarşısındayam, çünki ölkəmi, məmləkətimi sevirəm, dövlətimə və Prezidentimə sadiqəm. Sadiqəm ona görə ki, ölkəm yenidən qurulur, işğaldan azad olunan ərazilərdə böyük işlər aparılır, kəndlər, qəsəbələr, şəhərlər salınır, insanlara dövlət hesabına tikilən evlər verilir, insanlar yerləşdirilir Bu məsələnin dünyada analoqu yoxdur, dövlət öz hesabına xəstəxana, bələdiyyə və icra nümayəndəliyi, məktəb, mədəni maarif müəssisələri tikə bilər, bizim dövlət bütün bunlarla yanaşı insanlara fərdi evlər də tikib verir, bəli, bunun analoqu yoxdur.

Əslində bunları yada saldım, məqsədim başqadır. Son zamanlar həmişə olduğu kimi İranın mərsiyə məclislərində Azərbaycan, onun dövlət rəhbəri haqqında əks təbliğat aparılır, təhqiramiz ifadələr işlədilir, ölkəmizə qarşı hədyanlar yağdırılır, bu vəziyyətdə təkcə dövlətmi bu anormal hallara qarşı mübarizə aparmalıdır? Hanı bu ölkənin din xadimləri, ziyalıları, məmurları, hanı bu ölkənin ən sadə vətəndaşları?

Bizi məscidlərdə söyürlər, amma qardaşları Ermənistan bizim məscidlərdə donuz saxlayanda səslərini çıxarmırdılar, nə üçün bizim dindarlar susur? Susmaq yaxşı əlamət deyil, deyilənin cavabı verilməlidir, onlar yerinə otuzdurulmalıdır. Bu gün İran məscidlərində mərsiyə məclislərində mənim Prezidentimin adını çəkənlər Onun kəsilib atılan dırnağı da deyillər. Azərbaycan ziyalıları, MM deputatları, bu ölkəni sevənlər susmayın, susmaq heç də həmişə yaxşı əlamət deyil.

İbrahim Cəfərov
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər