star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

“Global Research” layihəsinin konfransı Sinqapurda uğurla həyata keçirilib

“Global Research” layihəsinin konfransı Sinqapurda uğurla həyata keçirilib23 dekabr 2024-cü il tarixində, Sinqapur Managment Universitetində reallaşan “Global Research” layihəsinin Sinqapur konfransında Azərbaycan, Böyük Britaniya, Çin, Sinqapur, Hindistan, BƏƏ, Livan, Gürcüstan, Misir, Malayziya, İndoneziya, Pakistan və digər ölkələrin nümayəndələri də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən tədqiqatçılar, pedaqoqlar, sənaye ekspertləri və sahibkarlar “Daha yaxşı gələcək” üçün bir araya toplandı. Tədbir qlobal tədqiqat və innovasiya sahəsində əməkdaşlıq üçün platforma rolunu icra etdi.

Konfransda qlobal tədqiqatda yaranan tendensiyalara və problemlərə işıq salan natiqlərin əsas çıxışları, davamlılıq, texnoloji irəliləyişlər və qlobal tərəfdaşlıq kimi mövzuları əhatə edən panel müzakirələri, tədqiqatçıların impakt faktorlu nüfuzlu jurnallarda nəşri nəzərdə tutulan yeni işlərinin beynəlxalq auditoriyaya təqdim etmək imkanı müşahidə olundu.

Tədqiqat, innovasiyaya və dayanıqlığa töhfələrinə görə bir qrup tədqiqatçı-pedaqoq mükafatlandırıldı.

Tədbirdə qlobal çağırışların həllində və davamlı tərəqqiyə təkan verməkdə əməkdaşlığın əvəzsiz rolu vurğulandı.

“Global Research” layihəsi qlobal tədqiqatda əməkdaşlığın və innovasiyaların təşviqinə yönəlmiş ilk təşəbbüsdür. Layihənin müxtəlif ölkələrdə təşkil olunan konfransları fərqli sahələrdən olan fikir liderlərini bir araya gətirməklə, kritik qlobal problemlərin həlli, tədqiqat və innovasiyalar vasitəsilə irəliləyişə nail olmaq üçün platforma rolunu oynayır.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər