star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

DİN yanında İctimai Şura 2025-ci il üzrə prioritetləri elan etdi

DİN yanında İctimai Şura 2025-ci il üzrə prioritetləri elan etdi2024-cü il dekabrın 29-da Daxili İşlər Nazirliyi yanında İctimai Şura növbəti toplantısını onlayn formatda keçirdi. İclasda Şuranın 13 üzvü və Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşı Elesevər Həsənov iştirak edirdi.

İctimai Şuranın sədri Əliməmməd Nuriyev iclasın gündəliyini iştirakçılara təqdim etdi və müzakirəyə çıxarılan iki əsas məsələ qəbul edildi. Bu məsələlər 2024-cü ilin yekunları və İctimai Şuranın fəaliyyətinə dair hesabatın təqdimatı, həmçinin 2025-ci il üçün fəaliyyət planı və prioritet istiqamətlərin müzakirəsi idi.

İctimai Şuranın 2024-cü ildəki fəaliyyəti ilə bağlı əsas məqamlar iclasda diqqətə çatdırıldı. Şura tərəfindən il ərzində üç iclas keçirilmiş, 42 vətəndaş qəbul olunmuşdur. İctimai Şura üzvləri və sədri tərəfindən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yeddi çıxış edilmişdir. 2024-cü il ərzində təşkil olunan ən mühüm tədbirlərdən biri "Kibercinayətkarlıq hallarına qarşı mübarizədə ictimai maarifləndirmə və məlumatlandırma" mövzusunda keçirilən ictimai dinləmə olmuşdur. Bu tədbirdə dövlət qurumlarının, vətəndaş cəmiyyətinin və ekspertlərin iştirakı təmin edilmişdir.

Şura üzvləri Mehriban Zeynalova, Gülayə Səfərova, Vüsalə Hüseynova, Rauf Zeyni, Araz Nurməmmədov və Arzuman Abdulkərimov çıxış edərək 2024-cü ildə görülən işlərə dair fikirlərini bildirdilər. Şura üzvlərinin qaldırdığı məsələlərə dair Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşı Elesevər Həsənov tərəfindən izahatlar verildi.

İclasda 2025-ci il üçün fəaliyyət planı təsdiqləndi. Gələn il üçün əsas prioritetlər arasında Daxili İşlər Nazirliyi ilə ictimaiyyət arasında əlaqələrin gücləndirilməsi, gənclər və yeniyetmələr üçün hüquqi biliklərin artırılması üzrə tədbirlərin təşkili, narkomaniya və məişət zorakılığına qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin genişləndirilməsi və kibertəhlükəsizlik mövzusunda ictimai dinləmələrin keçirilməsi yer alır.

Toplantının sonunda Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın 2024-cü ildəki fəaliyyəti qənaətbəxş hesab edildi.

DİN yanında İctimai Şura, vətəndaşlarla dövlət qurumları arasında şəffaflıq və ictimai nəzarət mexanizmlərini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər