star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Daşkəsən şəhərində vətəndaşlarla növbəti görüş keçirilib

Daşkəsən şəhərində vətəndaşlarla növbəti görüş keçirilibDekabrın 28-də “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin Daşkəsən şəhərində vətəndaşlarla ilin yekunlarına dair görüşü keçirilib.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev və “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, “Daşkəsən Dəmir Filiz” MMC-nin KSM Komitəsinin sədri İlqar Cəlilov iştirak edib. 

Daşkəsən şəhəri, rayonun Quşçu, Çovdar və digər kəndlərinin qatıldığı görüş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin dərin hüznlə yad edilməsi ilə başlayıb.

Hesabat xarakterli tədbirdə “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində 2024-cü il ərzində icra edilən, 2025-ci ildə isə icrası planlaşdırılan sosial və ekoloji layihələr barədə məlumat verilib.

Qeyd olunub ki, 2024-cü il ərzində Cəmiyyət tərəfindən “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək”, “Qırmızı Kitabı”na düşmüş nadir və nəsli kəsilməkdə olan bitkilərin mühafizəsi və təbiətə reintroduksiyası, “Təmiz Daşkəsən”, “Kitab köşkü”,  “Xəzinə” muzey ekspozisiyasının yaradılması  və s. bu kimi bir sıra uğurlu layihələr həyata keçirilib. Regionda sosial rifahın gücləndirilməsi istiqamətində dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə 7 sosial aksiya təşkil edilib. Qarşıdan gələn 2025-ci ildə də sosial məsuliyyətlilik prinsipi əsasında təhsil, sağlamlıq, inklüziv inkişaf, infrastruktur layihələri, kənd təsərrüfatının inkişafı, ətraf mühit və digər istiqamətlər üzrə layihələrin icra ediləcəyi görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə edilib. Görüşdə, həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.

Sonda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə görüş iştirakçılarına bayram sovqatları təqdim edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər