Sizin Reklam Burada

İcra başçılarının birmənalı qarşılanmayan səyyar görüşləri

İcra başçılarının birmənalı qarşılanmayan  səyyar görüşləriSon aylarda bir sıra rayon icra hakimiyyətləri bəh-bəhlə başçıların səyyar qəbulları barədə məlumatları sosial media üzərindən paylaşırlar. Demək olar ki, paylaşılan şəkillərdə və məlumatın mətnlərində elə də ciddi fərq olmasa, bəzi siyasi rəhbərlərin kamera qarşısında xüsusi olaraq dayandıqlarını görməmək mümkün deyil. Hətta paytaxt rayonlarında təşkil edilən görüşlərdə eyni simaların görünməsi də artıq mənə təəcüblü gəlmir. Məhz bu vəziyyətlə yaxından tanış olmaq üçün siyasi rəhbərlərin səyyar görüşlərində iştirak etmək qərarına gəldim. Və maraqlı məqamların şahidi oldum.

Son bir ay ərzində paytaxtın iki rayon icra hakimiyyətinin təşkil etdiyi səyyar görüşdə iştirak etdim. Məqsədim, yuxarıda yazdığım kimi, səyyar görüşlərin necə və hansı formatda təşkil edilməsi ilə maraqlanmaq və bununla bağlı fikirlərimi oxucularımla bölüşmək idi.

Beləliklə, Sabunçu RİH başçısı Adil Vəliyevin səyyar görüşünü Balaxanı qəbəsəsində, o cümlədən Xəzər RİH başçısı Elşən Salahovun isə Şüvəlan qəsəbəsində keçirilən görüşündə bir kimsəni məlumatlandırmadan iştirak etdim.

***

Əvvəlcə səyyar görüşün gedişi ilə bağlı bəzi diqqətimi çəkən məqamlara toxunmaq istərdim.

Yüksək təşkilatçılğı ilə seçilən hər iki görüşdə kimin harada oturması, hətta hansı sualla müraciət etməsi əvvəlcədən planlaşdırılsa da hər halda Sabunçu RİH başçısı Adil Vəliyevin iki saatdan artıq ayaqüstə suallara cavab verməsi diqqətimdən qacmadı. Bu müddət ərzində suallara cavabların verilməsi, canlı şəkildə problemlərin həlliylə bağlı müxtəlif vəzifə sahiblərinə zənglərin edilməsi, hətta Vətən müharibəsi iştirakçısını işlə təmin edilməsi üçün zavod direktoruna zəng etməsini isə təqdirəlayiq hesab etmək olar. Başçının Balaxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin heç bir məntiqə sığmayan iki hərəkətini çıxsaq görüşü müsbət dəyərləndirmək olar.
Xəzər RİH-başçısınında görüşündə yenə Şüvəlan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi görüşdən əvvəl həyacan keçirsə də, qəsəbənin problemləri ilə bağlı məqamlarda məsələ haqqında məlumatlı olması məqbul sayıla bilər. Nümayəndənin və icra hakimiyyətində çalışan məmurların cavablarından hiss olunurdu ki, ərazini dəqiq tanıyır, qaldırılan məsələdən agahdırlar.

Təxminən qırx dəqiqəyə yaxın çəkən görüşdə ancaq su problemi, küçələrin işıqlandırılması və məhəllədaxili yollara asfalt vurulması barədə məsələnin qabardılmasını hər halda məqbul saymaq olmaz.
Əlavə edim ki, Balaxanı qəsəbəsində müraciət edənlərin əksəriyyəti işsizliklə, Şüvəlanda daha çox su problemiylə bağlı idi.

Hər iki görüşün müsbət və çatışmayan tərəfləri var idi. Balaxanı qəsəbə sakinlərində aktivlik hiss edilsə də, bunu Şüvəlan qəsəbəsində hiss etmədim. Üstəlik, hər iki qəsəbədə əmlakla bağlı ciddi problem yaşansada bu barədə məsələnin qaldırılmaması, üstəlik qaldırılan məsələlərin mövzusunun seçimində icra hakimiyyətinə aid problemlərin səsləndirilməsinə üstünlük verilməməsi də, fikrimcə, qəbul edilən deyil. Ən əsası səyyar görüşlər barədə məlumatın vaxtında ictimailəşdirilməməsi, görüş barəsində anonsun sosial media platformalarında paylaşılmaması yaxşı hal hesab etmək olmaz.

Hər iki görüşdə bələdiyyələrin də təmsilçilərinin olması, üstəlik Şüvəlanda sakinin birinin bələdiyyənin fəaliyyətinə yüksək qiymət verməsi, icra başçılarının isə bələdiyyə sədrlərinə qarşı, normal müraciət formasını seçməsini dəyərləndirmək lazımdır.

***

Biz qısa şəkildə səyyar görüşlər barəsində görünən, üzə çıxan məqamlara toxunduq. Hər halda etiraf etməliyik ki, bu gün yerli icra hakimiyyəti orqanlarında, xüsüsəndə paytaxt rayon icra hakimiyyətlərində ciddi bir səlahiyyət qalmayıb. Hazırda bu orqanların əsas vəzifəsi koordinasiya funksiyasını yerinə yetirməkdən keçir.

Gəlin etiraf edək ki, müraciətlərin yönləndirilməsiylə mövcud problemin həllini sürətləndirmək yox, əksinə sakin üçün əlavə vaxt itkisinə şərait yaradırıq. Nəticədə problemin həlli ləngiyir və sakin narazı qalır. Odur ki, indiki halda keçirilən səyyar görüşlərin formatını məqbul saymaq olmaz. Bü gün qeyd edilən sahədə yeniliyin, müasir informasiya texnologiyalarından istifadənin tətbiqinə ehtiyac var. Onu da əlavə edim ki, bəzi RİH-lər tərəfindən əvvələr bununla bağlı təşəbbüs göstərilmişdi. Binəqədi RİH yanında bir müddət əvvəl yaradılan "Sakinlərin Müraciət Xidməti" həqiqətən bir işə yarayırdı. Xidmətin bu gün fəaliyyəti hiss olunmasada hər halda onun fəaliyyətinin canlandırılmasına ehtiyac var. Düşünmək olar ki, yeniliklərin tətbiqi sakin üçün bir tərəfdən vaxt itkisinə son qoyacaq, digər tərəfdən cənab Prezidentin tələb etdiyi vətəndaş məmnunluğunu təmin etmiş olacaq.
Ancaq bütün bunlarla yanaşı RİH-lərdə elə bir səlahiyyətin qalmadığını nəzərə alıb regional idarəetməyə keçidi sürətləndirməyin vaxtı çatıb.

***

Mən bu yazıda bəzi məqamlara, özü də diqqət çəkən məqamlara müəyyən məsələləri nəzərə alıb toxunmadım. Ancaq digər görüşlərdə iştirakımdan sonra toxunmadığım məqamlar barədə də çalışıb fikrimi bildirəcəyəm.

Son olaraq bildirim ki, bizim məqsədimiz aydın və konkretdir. Biz daim cənab Prezidentin məmurlardan tələb etdiyi sakinlərin məmnunluğunun təmin edilməsində vətəndaş cəmiyyətinin təmsilçisi olaraq öz töhfəmizi verməyə çalışırq.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər