Sizin Reklam Burada

Gömrük Akademiyasında ÜGT Virtual Reallıq Təlim Proqramının təqdimatı keçirilib

Gömrük Akademiyasında ÜGT Virtual Reallıq Təlim Proqramının təqdimatı keçirilibDövlət Gömrük Komitəsinin Akademiyasında Komitə aparatının struktur bölmələrinin rəhbərləri üçün ÜGT-nin Virtual Reallıq Təlim (VRT) Proqramının təqdimatı keçirilib.

Dövlət Gömrük Komitəsinin Akademyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Koreyanın “HO Entertainment Corp” şirkəti tərəfindən təchiz edilən “ÜGT Virtual Reallıq Təlim Proqramı” barəsində məlumat verib, VRT avadanlığıının ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində və Gömrük Akademiyasında quraşdırıldığını bildirib. Həmçinin Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələri və layihələri barəsində geniş təqdimat nümayiş etdirilib.

Daha sonra təlimçilər VR texnologiyasını tətbiqi hesabına konteynerlər üzərində fiziki yoxlamanın əsas prosedurlarını öyrənməsini dəstəkləmək məqsədilə təşkil olunan “ÜGT Virtual Reallıq Təlim Proqramı” barəsində ətraflı məlumat veriblər.

Qeyd edək ki, VRT Proqramı ÜGT Baş Qərargahında Koreyanın Gömrük Əməkdaşlıq Fondunun dəstəyi ilə ingilis və fransız dillərində yaradılıb.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər