Sizin Reklam Burada

Gənclər təşkilat regionlarda maarifləndirici tədbirlərini davam etdirir

Gənclər təşkilat regionlarda  maarifləndirici tədbirlərini davam etdirir“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyə dəstəyi ilə 21 fevral 2023- cü il tarixində “ Dəyərlərimizə sahib çıxaq” adlı layihəsini Şamaxı rayonunda davam etdirib.

Şamaxı Dövlət Regional Kollecində keçirilən tədbirdə iştirakçılar qardaş Türküyədə zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sukutla yad etdilər. Tədbiri giriş sözü ilə kollecin drektoru iqtisadiyyat üzrə fəlsəfə doktoru İlham Vəliyev açaraq iştirakçıları salamladı və layihənin məqsədi haqqında qısa məlumat verdi. Gənclər təşkilatının təlimçisi tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova tədbir iştirakçılarını salamladı və tədbirin məqsədi barədə geniş məruzə ilə çıxış etdi. O son vaxtlar bəzi dəyərlərimizin aşınmalara məruz qaldığını, bir növ unudulduğunu qeyd etdi. Əsasən də gənclərimizin atalarımızın bizə yadigar qoyduğu dəyərlərimizə münasibətinin qənaətbəxş olmadığını söylədi.

Tədbirdə “Sağlam Həyata doğru” ekoloji İctimai Birliyinin sədri, kimya üzrə fəlsəfə doktoru Sadiq Həsənov gənclərimizə dəyərlərimizə hörmətlə yanaşmalarını, onları gələcək nəsilə olduğu kimi çatdırmağı tövsiyə etdi.

Kollecin tələbələrindən Nicar Sultanova, Rəvan Məmmədov, Taleh Xalidov, Gülgəz Sultanova və başqaları mövzu haqqında öz fikirlərini bildirdilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər