Sizin Reklam Burada

Sosial yardım ala bilməyən qadının müraciəti - Video

Sosial yardım ala bilməyən qadının müraciəti - VideoUcar rayonu, Bərgüşad kənd sakini Muradova Günel Arif qızı tərəfindən Avrasiya.net-ə şikayət məktubu daxil olub.

Şikayət məktubunda deyilir:

- Mən Ucar rayonu Bərgüşad kəndində tövlə vəziyyətində olan evdə yaşayıram. İki azyaşlı uşağı olan başsız qadınam. Həyat yoldaşımdan ayrılmışam yoxsulluq həddində, aclıq işində yaşayırıq. Ailəmə sosial yardım təyin edilməsindən düz 8 dəfə qanunsuz imtina edilib. Səbəb kimi göstərirlər ki, bu şəraitdə yaşamaq inandırıcı deyil.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxsul insanların haqqına girir. Bütün Bərgüşad kəndi bilir ki, mən iki azyaşlı uşağımla birlikdə tövləyə oxşayan evdə aclıq içində yaşayıram. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi diqqətlə baxıb obyektiv araşdırıb tədbir görmək əvəzinə yerli qurumlarının yalan məlumatları əsasında mənim yoxsul ailəmə sosial yardım verilməsindən qanunsuz imtina edir.

Xahiş edirəm nazirlik özü komissiya yaradıb gəlib yerində obyektiv araşdırma aparıb bizim ailəyə sosial yardım təyin etsin.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər