Sizin Reklam Burada

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni şöbə yaradılıb - Təyinat olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni şöbə yaradılıb - Təyinat olubDini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dini təhsil şöbəsi yaradılıb.

“Report”un əldə etdiyi məlumata görə, müvafiq əmrlə Elnarə Kərimova yeni şöbəyə müdir təyin edilib.

Dini təhsil şöbəsi bu ilin yanvar ayından fəaliyyətə başlayıb.

Qeyd edək ki, E.Kərimova bundan əvvəl Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Komitəsi Aparatının müstəqil struktur bölməsi olan Dini təhsil şöbəsi ölkədə dini təhsillə bağlı vəziyyəti öyrənir, dini təhsillə əlaqəli prosesləri izləyir, eləcə də dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasını təmin edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər