Sumqayıtda 47 yaşlı kişi intihar edib
Dərc olunub:
18-02-2023, 08:29
Sumqayıtın 45-ci məhəlləsində 47 yaşlı kişi intihar edib.
“Report”un yerli bürosunun məlumatına görə, 1976-cı il təvəllüldü Azər Həşimov yaşadığı evdə özünü asıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.