Sizin Reklam Burada

Ölkə ərazisində yaşayan əcnəbilərin inteqrasiyasına dair müzakirə keçirilib

Ölkə ərazisində yaşayan əcnəbilərin inteqrasiyasına dair müzakirə keçirilibDövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın üzvləri ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) nümayəndələri arasında görüş keçirilib.

İctimai Şuranın sədri Azər Allahverənov təmsil etdiyi ictimai təsisatın ölkə ərazisində yaşayan əcnəbilərin yerli cəmiyyətə inteqrasiyası ilə əlaqədar həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib. A. Allahverənov ayrı-ayrı tərəfdaşlar tərəfindən icra olunan bu kimi fəaliyyətlərin bir mərkəzdən və vahid konsepsiya əsasında idarə olunmasının vacibliyini qeyd edib.

MSİBM-in Proqram rəhbəri Lamiyə Rzayeva-Əhmədli Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və təmsil etdiyi təşkilat tərəfindən icra edilən “Azərbaycan ilə Yerdəyişmə üzrə Sazişin həyata keçirilməsinə dəstək (MOBİLAZE 2)” layihəsi çərçivəsində MSİBM və DMX tərəfindən elan olunan “Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün İnteqrasiya Proqramı” barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq istəyən əcnəbilər bir il ərzində davam edəcək proqram çərçivəsində dil bacarıqları, səhiyyə, təhsil, məşğulluq və digər sahələrdə göstərilən sosial xidmətlərdən yararlanmaq üçün zəruri dəstəklə təmin olunacaqlar.

Görüşdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyasında maraqlı olduqlarını bildirib, ölkəmizdə bununla bağlı görülən işlər barədə məlumatları diqqətə çatdırıb.

İnteraktiv şəraitdə keçən tədbirdə əcnəbilərin yerli cəmiyyətə effektiv inteqrasiyasının təmini məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər