Sizin Reklam Burada

TƏBİƏTƏ SADİQ OLMASAQ...

TƏBİƏTƏ SADİQ OLMASAQ...Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


İnsanı "insan" edən xüsusiyyətlər - özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyyədə düşünməsini təmin edən xüsusiyyətlər olaraq qəbul edilməkdədir.

Bəs bu xüsusiyyətlər özünü harada təzahür etdirir? Əlbəttə ki, insanın öz davranışında, məsuliyyətində, digər insanlara, eyni zamanda digər yaradılanlara münasibətində, elinə, obasına sədaqətdə, millətini, dövlətinin təmsilçiliyində, Yaradana sükrün olmasında və. s.

Ulu Tanrı insanı bütöv halında, təbiətin bir parçası olaraq yaratmışdı. Düzdür, təbiət insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv varlıqdır. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. İnsan - təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Bio-energetik varlıq olan insan kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə yaşayır və inkişaf edir. 40 ildən artıq Afrika təbiətinin vəhşi aləmi ilə üz-üzə qalan Con Abamson yazır: “İnsan-təbiətin yalnız bir hissəsidir, onun ən ali məhsuludur. Lakin təxminən 5 min il bundan əvvəl həmin insan ilk dəfə təbiətə qarşı üsyan etməyə başladı. Həmin təbiətə ki, onu yaşatmış və milyon ildən artıq yedirtmişdir”.

Lakin insanın iddiaları bu bütövlüyü pozur. Bu gün də amansız mübarizə davam edir. Bəzən, insan, bəzi hallarda isə təbiət qalib gəlir. İnsan mübarizədə mütləq qalib gəlmək üçün zehni və əməli fəaliyyətinə yeni-yeni məz¬mun və mahiyyət verir. Bəlkə də bu qalibiyyət mümkün ola bilərdi, insanlar öz aralarında bütöv ola bilsəydilər. Bu, mümkün deyil və qarşıda da görünmür. Çünki insanlar vahid məxrəcə gəlməyi bacarmırlar. Öz aralarında ayrı-ayrı dinlərə xidmət edir, rənglərinə görə bir-birinə dəyər verir, bir-birinin ərazilərini işğal edir və s. Təbiət isə hər zaman insana tövbə qapısını açıq qoyub. Rüzisini əsirgəmir, bütün nemətlərini səmimiyyətlə təklif edir, amma bəzən, insana doğru yolda olmadığını başa salmaq üçün müəyyən problemlər yaradır. İstiləşmə, quraqlıq, daşqınlar və.s insana yenidən törətdiyi əməllərə nəzər yetirməyin vacib olduğunu anlatmağa çalışır.

Hərdən düşünürəm ki, İnsan çətinliyə düşəndə nə üçün əllərini göyə qaldırır, Tanrıdan kömək istəyir? Axı, Yeri də, Göyü də yaradan eyni ilahi qüvvədir. Düşünürəm ki, insan ona görə əllərini göyə qaldırıb dua edir ki, həmin anda ona əmanət edilən, lakin əməlləri nəticəsində təbiətdə tökdüyü qanlarla suladığı torpaqdan, zəhərlədiyi sulardan, məhv etdiyi meşələrdən, kökünü kəsdiyi heyvanlardan utanır. Təbiətdə tarazlığın pozulması bəşəri fəlakətlər gətirir. Təbii ki, fəlakətlə nəticələnən təbiət hadisələri, həmin yerin coğrafi şəraitindən, tarixi, sosial və iqtisadi ilə düz mütənasibdir. Dəhşətlisi odur ki, təbii fəlakətlər eyni zamanda iqtisadiyyata xeyli maddi ziyan vurmaqla insanları daima qorxu altında saxlayır.

Bu gün dünyada baş verən faciə, fəlakət, qəzalar həm də sosial-iqtisadi məna daşıyır, eyni zamanda həlak olanların sayı və dəyən maddi ziyanın ölçüsü ilə xarakterizə edilir. Bunu son illərdə müxtəlif ölkələrdə, o cümlədən qardaş Türkiyədə bu günlərdə olan təbii fəlakətlərin nəticəsi ilə görə bilərik.

Ey gözəl insan!

Unutmayaq ki, yaşadığımız bu dünya həm çox gözəl, həm də əsrarəngiz və maraqlıdır. Biz Tanrının bizə bəxş etdiyi zəngin və füsunkar bitki və canlıların əhatəsindəyik. Bu gözəlliyin məzmunu da elə insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən asılıdır. Bu harmoniyanın pozulması dünyanı daha çox fəlakətlərə sürükləyə bilər. Sevdiklərimizi əlimizdən ala bilər. Bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı və onu qorumalıyıq

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər