Baş prokuror iranlı həmkarını səfirliyə hücumu araşdırmağa çağırdı

Baş prokuror iranlı həmkarını səfirliyə hücumu araşdırmağa çağırdıAzərbaycanın Baş prokuroru Kamran Əliyev ilə İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri arasında telefon danışığı olub.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Baş prokuror Montazeri yanvarın 27-də ölkəmizin Tehrandakı Səfirliyinin binasında törədilmiş cinayət hadisəsinə görə təəssüf hissi keçirdiyini bildirərək, Azərbaycan xalqına, zərərçəkmişlərin ailə üzvlərinə başsağlığını ifadə edib. İranın Baş prokuroru azərbaycanlı həmkarını cinayət işinin istintaqının gedişatı haqqında ətraflı məlumatlandırıb.

Kamran Əliyev Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını pisləyərək Azərbaycanın aidiyyəti istintaq qurumunda cinayət işinin istintaqının davam etdiyini həmkarının diqqətinə çatdırıb. Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, bu terror aktının törədilməsinə səbəb və şəraitinin araşdırılmasının zəruriliyini vurğulayıb.

Sonda hər iki tərəf bu cinayət işinin nəzarətdə saxlanmasına və qarşılıqlı hüquqi yardım çərçivəsində əməkdaşlıq edilməsinə dair razılıq əldə ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər