Sizin Reklam Burada

Siyəzəndə “Mənim Azərbaycanım” adlı intellektual turnir keçirilib

Siyəzəndə “Mənim Azərbaycanım” adlı intellektual turnir keçirilibAzərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Siyəzən rayonunda “Mənim Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində intellektual turnir keçirilib.

Siyəzən şəhər 2 nömrəli tam orta məktəbində təşkil olunan turnirdə Siyəzən rayonunun müxtəlif təhsil müəssisələrində çalışan gənc müəllimlərdən, yuxarı sinif şagirdlərindən ibarət 8 komanda mübarizə aparıb.

Tədbirdən öncə Azərbaycanımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi hissədə çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bu layihəyə dəstək verdiyinə görə Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirib, Siyəzən rayonunda turnirin keçirilməsinə şərait yaratdığına görə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə minnətdarlığını ifadə edib. Bu layihənin keçirilməsində əsas məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, gənclər arasında intellektual oyunların həyat tərzinə çevrilməsinə dəstək vermək, eyni zamanda Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, ədəbiyyatının gənclər arasında təbliğinə nail olmaq olduğunu bildirib.

Rəsmi hissədə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə təhsil sektorunun məsləhətçisi İlhamə Sultanova qeyd edib ki, gənc müəllimlərin, eləcə də şagirdlərin bu kimi yarışlarda birgə mübarizə aparması həm şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişaf etdirilməsi baxımından önəmlidir, həm də biliklərin artırılması, yeni məlumatların əldə edilməsi, məntiqi təfəkkürün inkişaf etdirilməsi baxımından vacibdir. Bu səbəbdən də Siyəzən rayonunda bu əhəmiyyətli layihənin icra edilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra start verilən yarışın qalibi adını Zərbalı Yusifov, Xumar Sərdarova, Eltac Adilov, Elmir Yolçuyev, Ziyadxan Hüseynli və Əli Xalıqovdan ibarət Siyəzən şəhər 2 nömrəli tam orta məktəbinin müəllim və şagirdlərdən ibarət “Müşfiq” komandası qazanaraq Quba rayonunda keçiriləcək final mərhələsində iştirak etmək hüququ əldə edib.

İlkin İlyasov, Qızılgül Atakişiyeva, Fəxriyyə Həsənova, Rahib Heydərov, Xankişi Xankişiyev və Zamiq Məmmədovun yer aldığı Siyəzən şəhər 3 nömrəli tam orta məktəbinin “Zirvə” komandası turnirin ikinci, Əzimə Nəsibova, Məlahət Məmmədova, Röya İlyasova, Mirsadıq Tağızadə, Xəyal Əliyev və Fatimə Axundzadənin heyyətində olduğu Siyəzən şəhər 4 nömrəli tam orta məktəbinin “Gənclik” komandası üçüncü mükafatın sahibi olub.
Yekunda qalib və mükafatçılar kubok, diplom, medal və bədii ədəbiyyat nümunəli kitablarla təltif ediliblər.

Qeyd edək ki, mart ayına qədər davam edəcək layihə çərçivəsində Quba, Qusar, Şabran və Xaçmaz rayonlarında da yeniyetmə və gənclərin iştirakı ilə seçim turları keçiriləcəkdir. Seşim turlarının qaliblərinin iştirakı ilə Quba rayonunda final mərhələsi təşkil olunacaqdır.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər