Sizin Reklam Burada

Məişət zorakılığı və genderlə bağlı layihəyə start verilir

Məişət zorakılığı və genderlə bağlı layihəyə start verilir“Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə məişət zorakılığının profilaktikası və gender bərabərliyinin təmin olunması üçün “Məişət zorakılığı və gender: ortaq problemlərimiz” adlı layihənin icrasına başlayır.
Elchi.az xəbər verir ki, təşkilatdan verilən məlumata görə, layihədə qadınlara qarşı müxtəlif formalarda baş verən ayrı-seçkilik, məişət zorakılığı zəminində onlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq halları, erkən nikaha məcbur etmə, təhsil almaq imkanlarından məhrum etmə və görünən və görünməyən təzyiq formalarından bəhs olunacaq.

Məlumdur ki, müasir dövrdə qadınlara qarşı zorakılıq nə sosial, nə iqtisadi, nə də milli sərhəd tanıyan struktur xarakterli qlobal fenomendir. O, insan hüquqlarının ciddi pozuntusudur və əksər hallarda ya latent baş verir, ya da məlum olsa belə cəmiyyətin laqeydliyi sayəsində cəzasız qalır.Təəssüf ki, Azərbaycanda da bu problemə rast gəlinir.Açıqlanan statistikalar bu istiqamətdə müəyyən işlərin görülməsini tələb edir.

Təşkilatdan diqqətə çatdırılıb ki, Fəaliyyət Planına əsasən, layihə çərçivəsində Bakıda fəaliyyət göstərən təhsil ocağında gənclər və tələbələrlə görüş keçiriləcək.Həmçinin layihənin icrasında iştirak edəcək tərəfdaş qurum kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dəyirmi masa təşkil olunacaq. Bundan başqa, problemin qarşısının alınması üçün internet televiziyasında ekspert və mütəxəssislərin iştirakı ilə ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək k, layihənin icra müddəti 3 aydır.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər