Bakıda 15 yaşlı oğlan anasını öldürdü
Dərc olunub:
10-02-2023, 12:24
Bakının Xətai rayonunda 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.
Avrasiya.net xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 15 yaşlı oğlu saxlanılıb.
Faktla bağlı müvafiq istintaq hərəkətləri aparılır.