Sizin Reklam Burada

ADAU-da Ulu Öndərin 100 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib

ADAU-da Ulu Öndərin 100 illik yubileyi münasibətilə dəyirmi masa keçirilibAzərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Taxıl bitkilərində sort və hibridalma, onların toxumçuluğu, naliyyətlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən rektor vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, Aqrar Universitetdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul olunan tədbirlər planı çərçivəsində işlər uğurla həyata keçirilir. Universitet-sənaye əməkdaşlığının əhəmiyyətindən danışan Z.Qurbanov kadr hazırlığı prosesində fermer və müəssisələrlə birgə görülən layihələrin vacibliyini diqqətə çatıdırıb.

Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasını müdiri Firuddin Qurbanov taxıl bitkilərində sort və hibridalma, onların toxumçuluğu, naliyyətlər və perspektivlər mövzusunda çıxış edib.

Sonra tədbirdə iştirak edən fermer və müəssisə nümayəndələrinin mövzu ətrafında fikirləri dinlənilib.
Dəyirmi masadan sonra Azərbaycan Dövlət Aqrar Universiteti ilə “AGROVİT” MMC arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumun məqsədi müxtəlif təcrübə proqramlarının, seminar, dəyirmi masa və konfransların təşkil edilməsi həmçinin, gənc kadrların xüsusilə aqronomluq sahələrində fəaliyyət proseslərinə cəlb olunmasıdır.

Tədbir iştirakçıları sonda universitetin toxumçuluq sahələrinə baxış keçiriblər.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər