Sizin Reklam Burada

“Hər kəs imkanı çatdığı qədər qardaşlarımıza yardım etməlidir”

“Hər kəs imkanı çatdığı qədər qardaşlarımıza yardım etməlidir”"Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ hər bir Azərbaycan vətəndaşında dərin sarsıntı, kədər yaradıb. Bu dar gündə qardaş və bacılarının imdadına yetişmək üçün vətəndaşlarımız səfərbər olaraq zəlzələ qurbanlarına yardım etməyə çalışır. Azərbaycan xalqının bu addımı dünyaya bir nümunə olmaqla bərabər, həm də Türkiyə-Azərbaycan dostluq-qardaşlığının bir daha əyani sübutu, tərənnümüdür".

Bu fikirləri "OLAYLAR"-a sabiq millət vəkili, professor Cahangir Hüseynov səsləndirib. O bildirib ki, vətəndaşlarımızın uşaqdan-böyüyə yardım toplanan məntəqələrə gələrək əlindən gəldiyi qədər zəlzələ qurbanlarına dəstək olması Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", eyni zamanda ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" tarixi kəlamlarının günümüzdə ortaya qoyduğumuz insanlıq, yardımsevərlik fonunda təsdiqidir:

"Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, zəlzələnin miqyası həddən artıq böyükdür. Qardaşlarımız çox ağır, üzücü günlər yaşayır. Ona görə də belə bir çətin zamanda hər kəs imkanı çatdığı qədər qardaşlarımıza yardım etməlidir. Əminəm ki, birlikdə, ələ-ələ verərək bu sıxıntını, acını da aradan qaldırmağa müvəffəq olacağıq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər