Sizin Reklam Burada

ADAU-da şəhid ailələri övladlarına, müharibə iştirakçılarına diqqət və qayğı göstərilir

ADAU-da şəhid ailələri övladlarına, müharibə iştirakçılarına diqqət və qayğı göstərilirAzərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlilləri və iştirakçılarına dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməyib.

Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi də bu siyasətin davamı olaraq universitetdə təhsil alan şəhid ailələri övladlarına, müharibə əlilləri, iştirakçılarına böyük diqqət və qayğı göstərir onların problemləri ilə yerində tanış olaraq zəruri tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir.

ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov daim bu kateqoriyadan olan şəxslərlə görüşlər keçirir, onların qayğı və problemləri ilə maraqlanır, onlara mənəvi dəstək göstərir.

ADAU rəhbərliyi təhsil alan hər bir gəncə tövsiyə edib ki, öz üzərlərində hər zaman çalışmalı, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin gənclərlə bağlı siyasət kursunu əsas götürərək fədakarlıqla çalışmalı və şəhid ailələri, qazilərin qəhrəmanlıq yolunu başqalarına ləyaqətlə təbliğ etməlidir.

ADAU-da gənclərə yüksək səviyyəli təhsillə yanaşı, milli vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət yetirilir.

Bunu elə tələbələrin özləri Avrasiya.net-ə bildiriblər.

İkinci Qarabağ Müharibəsində şəhid olan polkovnik-leytenant İqbal Bayramovun qızı 1-ci kurs tələbəsi Ləman Bayramzadə deyib ki, Ali Baş Komandanımız olan İlham Əliyev cənabları və birinci xanım Mehriban xanım öz qayğılarını heç bir zaman şəhid ailələrinin üzərindən əskik etməyiblər və hər zaman bizim dəstəyimiz olublar: “Təhsil aldığım Azərbaycan Dövlət Aqrar Universitetinin rektor vəzifəsini icra edən hörmətli Zəfər Qurbanovun dəstəyini də həmişə hiss etmişik. Universitet rəhbərliyinin bizim kimi onlarla tələbəyə diqqət və qayğısı Prezidentimizə və onun siyasətinə olan sədaqətdir. Bütün bunlar da möhdərəm Prezident İlham Əliyevin biz tələbələrə olan diqqət və qayğısının nəticəsidir”.

Həmin universitetin Baytarlıq təbabəti fakultəsinin 2-ci kurs tələbəsi Qənirə Məmmədzadə də burada gənclərə göstərinlən diqqət və qayğıdan bəhs edib. O, qeyd edib ki, burada təhsil alan hər bir gənc tələbələrin elm və təhsil almaları üçün yaradılan bütün şəraitdən, rəhbərliyin onlara münasibətindən razıdır: “Şəhid və qazi, veteran ailələrinin üzvlərinə hörmət və qayğıyla yanaşılıb və tam səmimi qəlbə rəftar edilib, rəhbərlik əlindən gələn bütün köməklik göstərib. Buna görə də bütün ADAU-nun pedaqoji kollektivinə minnətdarlığımı bildirirəm”.

ADAU-nun Mühəndislik fakultəsinin maşın mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi, İkinci Qarabağ müharibəsinin iştirakçısı Behbudov Orxan Eynulla oğlu da universitet rəhbərliyi tərəfindən şəhid ailələri övladlarına, müharibə veteranı, əlil və iştirakçılarına göstərdiyi diqqət və qayğıdan razılığını bildirib. Qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərilən davamlı diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən şəhid ailələri və müharibə veteranları tərəfindən məmnunluqla qarşılanıb: “Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər zaman davamlı xüsusi diqqət və davamlı qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq nəticəli tədbirlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Universitetin rəhbərliyi cənab Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq bu təbəqədən olan hər birimizə böyük diqqət və qayğı göstərir. Sonda işğal altında olan torpaqlarımızın azad olunmasına və bununla da bizə Qələbə sevinci yaşatığına görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər