Sizin Reklam Burada

İtkin düşən hindistanlı turisti tapana 100 min pul vəd edilib

İtkin düşən hindistanlı turisti tapana 100 min pul vəd edilib 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşən hindistanlı turist Manikanth Kondaveetin qardaşı Kondaveeti Dharan onu tapana pul mükafatı vəd edib.

Bu barədə Avrasiya.net-ə Hindistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Kondaveeti Dharan bildirib ki, biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib:

"Biz polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik, lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik. Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 100000 manat pul Mükafatı verəcəyimizi bildirmək istəyirik" .

O, qaydalar və şərtləri açıqlayıb.

Bildirilib ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.
İtkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.

Heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.

Pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.

İtkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.

Bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər