Sizin Reklam Burada

Medianın reklam bazarında canlanma gözləyirik - Əhməd İsmayılov

Medianın reklam bazarında canlanma gözləyirik - Əhməd İsmayılov“Mediada vergi güzəştləri ilə bağlı qanun qəbul olunduqdan sonra düşünürük ki, reklam bazarında canlanma olacaq”.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib.

Onun sözlərinə görə, qanun layihəsi media sahəsində maliyyə şəffaflığının artırılmasına böyük dəstək göstərəcək.

"Bundan sonra vergi güzəştləri ilə medianın reklam bazarında canlanma gözləyirik. Bu, mediada iqtisadi müstəqillikdə atılan ilk addımdır. Hələ qarşıda media sahəsində görüləcək işlər çoxdur. Eyni zamanda bu sahədə biznes subyektləri, sahibkarla görüşümüz nəzərdə tutulur. Biz çalışacağıq ki, bu görüşdə sahibkarlarımızın, biznes subyektlərimizin reklama dəstək verməsi üçün onlara nə lazımdırsa kömək edək. Bununla bərabər qanunvericilikdə hansı mexanizmlər öz əksini tapa bilər, onu da müzakirə edəcəyik. Media subyektlərinin rəhbərləri ilə biznes subyektlərinin yaxın gələcəkdə bir platformada görüşlərini təşkil edəcəyik. Düşünürəm ki, bu görüşlərdən sonra ortaq fikrə gələ bilərik. Görüşlərdə biznes subyektlərinin mediaya dəstək olması üçün müzakirələr keçiriləcək”,- deyə MEDİA rəhbəri vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər