Sizin Reklam Burada

Bakıda polis maşınında ölən gənclə bağlı yeni faktlar

Bakıda polis maşınında ölən gənclə bağlı yeni faktlarDünən Nərimanov rayonu ərazisində polis tərəfindən saxlanılmış 29 yaşlı Təbriz Şəfiyevin qəfil ölümü ilə bağlı bəzi faktlar üzə çıxıb.

Avrasiya.net Globalinfo.az-a istinadən xəbər verir ki, 29 yaşlı Təbriz Fərman oğlu Şəfiyevin hadisədən 2 gün əvvəl, yəni fevralın 1-də Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində tutulması məlum olub. Aparılan ilkin araşdırmalar zamanı Nərimanov rayon Məhkəməsinin qərarı ilə axtarışa verilən və 16-cı Polis Bölməsinin əməkdaşlarının tutuğdu şəxsin daha sonra Nərimanov rayon Polis İdarəsinə gətirilməsi və müvəqqəti saxlanma yerinə yerinə salınması müəyyən edilib. Cinayət Məcəlləsinin 234-cü (Narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə şübhəli bilinərək saxlanılan Təbriz daha sonra polis idarəsindən çıxarılaraq təcridxanaya aparılıb. Yolda olarkən o, polis idarəsinə məxsus “Mersedes” markalı xüsusi konvoy avtomobilində halı pisləşib və ölüb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi 29 yaşlı şəxsin narkotik istifadəçisi olmasına görə öldüyünü açıqlayıb. Onun üzərində xəsarət olmadığı bildirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər