Sizin Reklam Burada

"Biz bu bölgələri yenidən canlandıracağıq"

"Biz bu bölgələri yenidən canlandıracağıq"2004-cü ildən Avropa İttifaqının üzvü olan Macarıstan Mərkəzi Avropanın strateji əhəmiyyətə malik dövlətidir. Bir sıra beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edən Azərbaycan və Macarıstan arasında bütün sahələri əhatə edən əlaqələr yüksələn xətlə inkişaf etməkdədir.

Məlumat üçün qeyd etməliyik ki, Azərbaycanla Macarıstan arasındakı diplomatik münasibətlər 30 ildən artıq müddəti əhatə edir. Bu müddət ərzində hər iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələri inkişaf etmiş və Azərbaycanla Macarıstan arasında 50-dən artıq əməkdaşlıq sənədi imzalanmışdır. Bakı və Budapeşt ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəkləyir.

Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, təhsil, kənd təsərrüfatı və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri dinamik şəkildə inkişaf edir. Məhz bu ikitərəfli əlaqələrin məntiqi nəticəsidir ki, iki dövlət arasında son illərdə ticarət dövriyyəsinin artması isə xüsusi əhəmiyyət kəsb edir.

Son illər ölkəmizin xarici siyasətində Avropa İttifaqına daxil olan ölkələrlə əlaqələrin möhkəmləndirilməsi əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir. Macarıstan ilə ölkəmiz arasında ən yüksək səviyyədə qarşılıqlı səfərlər bu münasibətlərdə yeni səhifənin açılmasına gətirib çıxarmışdır. Cari ilin yanvar ayının 29-da Macarıstana rəsmi səfər edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçirdiyi görüşlər və əldə edilən razılaşmalar bu baxımdan xüsusilə əhəmiyyətlidir.

Səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla görüşdən sonra mətbuata verilən bəyanatda cənab Prezident Azərbaycanla Macarıstan arasında əməkdaşlığın təkcə enerji məsələləri ilə məhdudlaşmadığını bir çox sahələri əhatə etdiyini məmnuniyyətlə qeyd etmişdir. Həmçinin ölkə başçımız vurğulamışdır ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Qarabağ və Zəngəzurda həyata keçirilən quruculuq və abadlıq işlərinə macar şirkətləri də maraq göstərməkdədir. Xüsusilə ərazilərin minalardan təmizlənməsi istiqamətində əməkdaşlıq olduqca əhəmiyyətlidir.

Cənab Prezident qeyd etmişdir ki, yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Bundan əlavə Azərbaycan dövləti maraqlıdır ki, şəhərsalma istiqamətində böyük təcrübəsi olan Macarıstanla əməkdaşlıq etsin. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq.

İnanırıq ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, eyni zamanda təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birindən əsirgəməyəcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər