Müharibə iştirakçılarının məşğulluq imkanlarının yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlanacaq

Müharibə iştirakçılarının məşğulluq imkanlarının yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlanacaqTürkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi fevral ayının 1-dən etibarən Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə iştirakçılarının məşğulluq imkanlarının yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələrin hazırlanması” layihəsinin icrasına başlayıb.

Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevanın verdiyi məlumata görə, layihə çərçivəsində “Müharibə iştirakçılarının məşğulluq imkanlarının yaxşılaşdırılması” adlı kitabın nəşri nəzərdə tutulur.

Kitabda müharibə iştirakçılarının məşğulluğunun mövcud vəziyyəti, məşğulluq səviyyəsinin yüksəldilməsində sosial sahibkarlığın rolu, habelə onların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət və qeyri-dövlət sektorunda reallaşdırıla biləcək təşviq mexanizmləri araşdırılacaqdır. Habelə müharibə iştirakçılarının əmək bazarının tələblərinə uyğun olaraq yenidən hazırlanması imkanları və istiqamətləri müəyyənləşdiriləcək, onların məşğulluq imkanlarının genişləndirilməsi, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təklif və tövsiyələr hazırlanacaq.

Layihənin icrasında Azərbaycanın tanınmış iqtisadçı alimləri - professor Nazim Müzəffərli (İmanov) və dosent Allahyar Muradov iştirak edirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər