QHT yeni layihənin icrasına başladı
“Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyi yeni layihənin icrasına başlayıb.
Layihə belə adlanır: “Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi – gəzintilərin təşkili”. Layihə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Şəbnəm Rəfaelqızının verdiyi xəbərə görə layihə üç ay icra olunacaq. 01.02.2023-01.05.2023 –cü tarixlərə qədər həssas qruplarla iş aparılacaq. “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri onu da xüsusi vurğulayıb ki, əslində ictimai birlik həssas qruplarla fəaliyyətini bütün ili qurur.
Layihənin məqsədi müharibə iştirakçılarına psixoloji dəstək olaraq onların cəmiyyətə inteqrasiyasına yardımçı olmaq, bir fərdinə çevirməkdir. Onların da ictimai işlərə cəlb olunması, iştirakı, sosial aktivliyinin artırılması layihənin məqsədlərindəndir . Məqsədlərə çatmaq üçün hədəflər bunlardır:
Müharibə iştirakçıları ilə psixoloqlar məşğul olacaqlar.
Aktivliklərini artırmaq üçün mühitlərini dəyişmək məqsədi ilə səyahətlər təşkil olunacaq. Bakı şəhəri- Şuşa, Quba rayonunda baş tutacaq. Bakı şəhərində çay süfrəsi, iki rayonda yemək və iki dəfə çay süfrəsi düzənlənəcək. Sözsüz ki, səyahətlərdə psixoloqlar müharibə iştirakçıları ilə məşğul olacaqlar.