Gültəkin Hacıbəyliyə bəraət verildi
Dərc olunub:
1-02-2023, 16:59
Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə qarşı olan xüsusi ittiham üzrə işlə bağlı ona Nəsimi Rayon Məhkəməsi tərəfindən bəraət verilib.
Avrasiya.net xəbər verir ki, məlumatı vəkil Aqil Layıc Feysbuk hesabında paylaşıb.
O bildirib ki, bəraət ittiham üzrə cinayət təqibinə görə verilib.
Qeyd edək ki, sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində Leyla Arifin xüsusi ittiham qaydasında şikayəti əsasında Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) cinayət təqibi başlanılmışdı.