Sumqayıtın sahibsiz itləri - VİDEO

Sumqayıtın sahibsiz itləri - VİDEOSumqayıt şəhər sakinləri ərazidə sahibsiz itlərə nəzarət olunmamasından şikayətçidir.

Bu barədə Avrasiya.net-ə daxil olan müraciətdə bildirilib ki, yerli icra tərəfindən bir neçə ay əvvəl məsələnin həll olunacağı deyilsə də, problem hələ də qalmaqdadır.

Şikayətçilərin sözlərinə görə, əvvəllər itlərin səs-küyündən gecə yatmaq, küçəyə rahat çıxmaq olmurdu. Ancaq indi həm də gündüz vaxtı itlərin bir-birinə və gəlib-gedən insanlara hürüşməsindən sakitlik yoxdur. Üstəlik, ərazidəki sahibsiz itlər insanlara xəsarət yetirir. Hətta bir azyaşlı itdən qorxduğundan, digəri isə it tutmasından həyatını itirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən problemlə bağlı sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı artıq tapşırıq verilib:

“Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və ərazidən uzaqlaşdırılması işləri həyata keçirilir. Şəhər ərazisində sahibsiz itlərin yarada biləcəyi təhlükə nəzərə alınaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər