Sizin Reklam Burada

Azərbaycandan İrana milyonlar göndərilir - Deputat şok faktlar açıqladı

Azərbaycandan İrana milyonlar göndərilir - Deputat şok faktlar açıqladı“Hazırda Azərbaycanda xüms vergisi adı ilə milyonlarla pullar yığılaraq İrana göndərilir. Bizim qanunvericilikdə belə bir şey yoxdur, bunu təcili olaraq gündəmə gətirib müzakirə etməliyik”.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

Deputat vurğulayıb ki, İranda olan ziyarətlərə də qanunvericilik səviyyəsində nəzarət olmalıdır:

"Qeyd edim ki, ölkədə olan İran şəbəkələri İrandakı ziyarətlərə gedənlər arasından seçilir. Xüsusilə də qadınlar arasında çox böyük şəbəkələr var. Bunun qarşısını almaq lazımdır. Eyni zamanda yas yerlərində qaydalara, daha sonra meyxanaçılara xüsusi diqqət yetirilməlidir. Bu məsələlər qanunvericilik səviyyəsində həll olunmalıdır ki, həmin qüvvələr bu qədər ölkədə fəallaşa bilməsinlər”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər