Sizin Reklam Burada

Minlərlə jurnalistin mənzil problemi həll olunacaq

Minlərlə jurnalistin mənzil problemi həll olunacaqJurnalistlərin güzəştli ipoteka əldə edə bilməsi onların yaşayış sahəsinə olan ehtiyacının ödənilməsində, mənzil-məişət vəziyyətinin yaxşılaşdırlmasında mühüm rol oynayacaq.

Bunu Report-a Azərbaycan Prezidentinin ötən gün “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərmanını şərh edərkən iqtisadçı-ekspert Amal Həsənli deyib.

Onun sözlərinə görə, əhalinin müxtəlif kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin əsas prioritetlərindən biri olaraq qalır:

“Buna kimi şəhid ailəsinin üzvü, Milli Qəhrəman, məcburi köçkünlər və sair kateqoriyadan olanlar güzəştli ipotekadan yararlana bilirdi. Bundan sonra həmin qaydalar jurnalistlərə də şamil ediləcək. Mətbuat nümayəndələri hər zaman dövlət qayğısı və diqqəti ilə əhatə olunub. Bunun bariz nümunəsi kimi jurnalistlər üçün tikilən və onların istifadəsinə verilən binaları göstərmək olar. Yeni mexanizm dövlət dəstəyinin əhatə dairəsini əhəmiyyətli dərəcədə artıracaq. Lakin güzəştli ipoteka hesabına jurnalist mənzilin yerləşəcəyi ərazini, binanı, mərtəbəni müstəqil olaraq seçmək imkanı əldə edəcəklər ki, bu da çox vacib məqamdır. Belə evin metroya, digər infrastruktur obyektlərinə yaxın olub-olmamsı birbaşa olaraq insanların xərclərinə təsir edir. Bu qərar nəticə etibarı ilə minlərlə jurnalistə, eyni zamanda ailəyə ev problemini həll etmək üçün bu günə kimi olmayan imkan verəcək”.

Ekspert hesab edir ki, yeni mexanizmin daha işlək olması üçün bəzi məqamların nəzərə alınması məqsədəuyğun hesab edilə bilər:

“Bildiyimiz kimi, digər sektorlarda olduğu kimi bu sahədə də illərlə VÖEN yaratmaqla işləyənlər az deyil. Ona görə stajın hesablanması zamanı bu məqamın necə tənzimlənəcəyi vacibdir. Belə ki, həmin adamlar faktiki olaraq dövlətə vergi ödəyiblər. Digər məqam ilkin ödənişlə bağlıdır. Şərtlərdə yalnız minimal ilkin məbləğ göstərilir. Yəni maksimal məbləğ həddi üzrə məhdudiyyət olmadığına görə bankların rəsmi bəyan etdiklərini nəzər alsaq ilkin ödənişə tələb 30 % həddindədir. Reallıqda bu tələb daha yüksək də ola bilər. Bu məqamlar güzəştli ipotekanın həmin kateqoriya üçün əlçatanlığını məhdudlaşdıra bilər. Yəni mexanizmin maksimal dərəcədə işlək olması üçün aiddiyyatı qurumların bu məqamlara diqqət etmələri və onların hər hansı bir formada tənzimlənməsini təmin etmələri məqsədəuyğun sayılır”.

Qeyd edək ki, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na edilən dəyişikliyə əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Digər əlavəyə əsasən ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana bilər.

Xatırladaq ki, güzəştili ipoteka krediti üzrə maksimal məbləğ 100 min manat təşkil edilir. Kredit 30 il müddətinə, illik 4 %-lə verilir. İlkin ödənişə minimal tələb 10 % həddində müəyyən olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər