star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ramiz Mehdiyev getməlidirmi? Getməlidir

Ramiz Mehdiyev getməlidirmi? GetməlidirOnun AMEA-nın prezidenti vəzifəsinin öhdəsindən gələ bilməməsi göz qabağındadır. Ölkə ictimaiyyətinin əksəriyyəti tamamilə haqlı olaraq belə düşünür. Onun 2019-cu ildə bu elmi quruma rəhbər seçilməsindən sonra akademiyada elmi mühitin yerini yalnız intriqalar, qalmaqallar, həqiqi elm adamlarının buranı tərk etməsi kimi bir çox neqativ hallar tutub. Ona görə də istər elm adamları, istərsə də bütövlükdə cəmiyyət R.Mehdiyevin bu cür qeyri-elmi “macəra”larından yorulub. Deməli, Ramiz Mehdiyev AMEA-dan mütləq getməlidir. Bu qeydsiz-şərtsizdir.

Ancaq Ramiz Mehdiyevə görə əsəbləri tarıma çəkilənlərin hətta AMEA-nın özünün də ləğv edilməsi tələbi ilə çıxış etmələrini isə heç də rasional yanaşma hesab etmirəm. Ümumiyyətlə, ”AMEA bizə lazımdırmı?", “Bu qurum niyə ləğv olunmur?" kimi fikirləri gündəmə gətirməyi indiki mərhələdə zərərli mövqe kimi qiymətləndirirəm. Vaxtilə nəhəng elm adamlarımız tərəfindən təməli qoyulmuş bu böyük elmi müəssisə son illərdə məhz Ramiz Mehdiyevin ucbatından iflic duruma düşübsə, indi bu bizə heç bir əsas vermir ki, AMEA-nı ləğv edək və onun tərkibindəki elmi-tədqiqat institutlarını da universitetlərin balansına verək.

Çünki nə həmin tədqiqat instutları, nədəki universitetlərimiz birdən-birə bu cür transformasiyaya hazır deyil. Bununçün zamana ehtiyac var, tədrici islahatlara ehtiyac var. Öncə zəmin hazırlanmalıdır. Hazırkı məqamda isə əsas məsələ elmimizin başı üzərindən “Damokl qılıncı” kimi asılmış Ramiz Mehdiyevin AMEA-nın rəhbəri postundan dərhal uzaqlaşdırılmasıdır. Ramiz Mehdiyevin gedişi ilə elmimizin yolu açılacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər